Cənabətli halda təyəmmüm edib oruc tutmaq olarmı?

    05.12.2019
Sual: 
salam cenavətli olduğun halda teyennüm edib oruc tutmaq olar?su başa ziyan olduqda.
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, oruca başlamaq üçün qüsullu olmaq şərt deyil. Aişə rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gələrək dedi: "Ey Allahın Elçisi, mən Sübh namazına cunublu halda yetişirəm. Elə olduqda orucumu tutum?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ona belə cavab verdi: "Mən də elə olur ki, namaz vaxtı daxil olduğu zaman cünublu oluram və orucumu tuturam". O, yenə: "Ey Allahın Elçisi, sən bizim kimi deyilsən. Allah Təala sənin keçmiş və gələcək günahlarını bağışlayıb" - deyə söylədi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurdu: "Allaha and olsun ki, mən sizin Allahdan ən çox qorxanı və nədən qorxulacağını biləninizəm". (Səhih Muslim, 1110). 
Başqa bir hədisdə Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) demişdir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Ramazan ayında cənabətli olaraq qalxar və orucunu tutardı". (Səhih Muslim, 1109).
Bu səbəbdən cənabətli halda Sübh namazının vaxtına yetişən və oruc tutmağı niyyət edən şəxs, orucunu tuta bilər. Sonra isə qüsl edib namazını qıla bilər. Lakin əgər xəstələnmək təhlükəsi varsa, bu halda qüsl əvəzinə təyəmmüm edib namazını qılmalıdır. Həmçinin oxuyun:
Oruc tutmaq üçün qüsl almaq vacibdirmi?
Qüsulsuz oruc batil olur?

Teqlər: 
Paylaş: