əl-Mucədələ surəsi 8 – ci ayə
“Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?”- deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir”
Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, o zaman yəhudilər Peyğəmbərə - sallallahu aleyhi və səlləm – “Sənə ölüm olsun!”[1]- deyir sonra da ürəklərində: “Bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?”- deyə fikirləşirdilər. Uca Allah da bu ayəni nazil etdi: “Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?”- deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir” (əl-Mucədələ, 8)”.
Əhməd, 6589. Şeyx Muqbil və əl-Arnavut səhih olduğunu bildirmişlər.
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Bir dəstə yəhudi gəlib Peyğəmbərə - sallallahu aleyhi və səlləm – “Sənə ölüm olsun ey Əbul Qasim!”- dedi. O: “Sizin özünüzə olsun!”- deyə cavab verdi. Mən dözməyib onlara: “Ölüm və eyb olsun sizin özünüzə!” deyə məzəmmət etdikdə Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Ey Aişə (onlar kimi) ədəbsizlik etmə!” Mən: “Eşitmirsən onlar sənə nə deyir?”- deyə etiraz etdim. O dedi: “Məgər mən: “Sizin özünüzə olsun!”- deyərək onların dediklərini özlərinə qaytarmadımmı?” Muslimin rəvayət etdiyi digər hədisdə bu əlavə var: “Allah bu ayəni nazil etdi: “Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?”- deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir” (əl-Mucədələ, 8)”.
Muslim, 4028-4029, 5786-5787; Əhməd, 25924, 26449.