əl-Mucədələ surəsi 14 – cü ayə
“Məgər sən, Allahın qəzəbləndiyi adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi - sallallahu aleyhi və səlləm - dedi: “İndi bir nəfər içəri daxil olacaq və şeytan gözü, yaxud gözləri ilə sizə nəzər salacaq!” Bu an göygöz (hiyləgər baxışlı) bir kişi içəri daxil oldu. O: “Ey Məhəmməd! Nə üçün məni təhqir etmisən!”- deyib (müsəlmanların sirlərini münafiqlərə vermədiyini sübuta yetirmək üçün) and içməyə başladı və bu ayə: “…Onlar bilə-bilə yalandan and içirlər” (əl-Mucədələ, 14) və başqa ayə (ət-Tövbə, 74) nazil oldu”.
Əhməd, 2147; ət-Tabəri “Cəmiul-Bəyən” 34121. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.