Havanın pisləşməsi Qiyamətin gəlməsindən xəbər verə bilərmi?

    04.04.2014
Sual: 
Salam aleykum. Bu gun 30 mart ayidir. Hava chox pisdir, qarda yagir, ozüde sulu qar. Bu hava qiyametin gelmesinden xeber vere bilermi? Men Qiyametin gelmesinden chox qorxuram. Herden ele hisler kechirdirem ki, aglimda ele fikirler yaranir ki, ele bil qiyametin gelmesine chox az qalib. Ele bil sayili gunler qalıb.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə Qiyamətin gəlməsindən və yaxınlaşmasından qorxmaq lazım deyil. Çünki bu heç nəyi dəyişməyəcək. İnsan o günə əməl baxımından hazır olmamasından qorxmalıdır. Odur ki, hər bir müsəlman nə qədər ki, canı üstündədir, nə qədər ki, Qiyamət qopmayıb, xeyir əməllərini artırmalı, ibadət etmirsə, ibadətə başlamalı, Uca Allahı mütəmadi zikr etməli, əmrlərini bacardığı qədər yerinə yetirib, qadağalarından da çəkinməlidir. Ömər ibni Xattabın (Allah ondan razı olsun) dediyi kimi: "Qiyamət günü hesaba çəkilmədən öncə, özünüzü hər gecə hesaba çəkin". (İbn Əbi əd-Dunya "Muhasəbətun-Nəfsi", səh. 22; İmam Əhməd "əz-Zuhd", səh. 120; Əbu Nueym "əl-Hilyə", 1/50).

Paylaş: