ət-Təhrim surəsi 1 – 4 – ci ayələr

    16.05.2019
يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ * قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ وَاللَّهُ مَوْلَاكُمْ وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ * وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنْبَأَكَ هَذَا قَالَ نَبَّأَنِيَ الْعَلِيمُ الْخَبِيرُ * إِنْ تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِنْ تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلَائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ

 
“Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Müdrikdir. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: ”Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!” Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır
 

سَمِعْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَمْكُثُ عِنْدَ زَيْنَبَ بِنْتِ جَحْشٍ وَيَشْرَبُ عِنْدَهَا عَسَلًا فَتَوَاصَيْتُ أَنَا وَحَفْصَةُ أَنَّ أَيَّتَنَا دَخَلَ عَلَيْهَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلْتَقُلْ إِنِّي أَجِدُ مِنْكَ رِيحَ مَغَافِيرَ أَكَلْتَ مَغَافِيرَ فَدَخَلَ عَلَى إِحْدَاهُمَا فَقَالَتْ لَهُ ذَلِكَ فَقَالَ لَا بَلْ شَرِبْتُ عَسَلًا عِنْدَ زَيْنَبَ بِنْتِ جَحْشٍ وَلَنْ أَعُودَ لَهُ فَنَزَلَتْ {يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ إِلَى إِنْ تَتُوبَا إِلَى اللَّهِ} لِعَائِشَةَ وَحَفْصَةَ {وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ} لِقَوْلِهِ بَلْ شَرِبْتُ عَسَلًا

 
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəm­bər - sallallahu aleyhi və səlləm - Zeynəb bint Cəhşin yanında qaldıqda[1] bal içərdi. Mən Həfsə ilə məsləhətləş­ərək belə qərara gəldik ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - hər birimizin yanına gəldikdə ona: “Səndən məğafi­r[2] iyi gəldiyini hiss edirəm, sən məğafir yemisən?”- deyək. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onlardan birinin yanına daxil olduqda zövcəsi bunu ona dedi. O isə: “Xeyr, mən sadəcə Zeynəb bint Cəhşin yanında qaldıqda bal içmişəm və bir daha buna qayıtmaram"- deyə cavab verdi. Uca Allah da bu ayələri nazil etdi: “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Müdrikdir. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi” - “Mən bal içmişəm” dediyinə görə - “O da bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: ”Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!” Əgər ikiniz də - Aişə və Həvsə - Allaha tövbə etsəniz, yaxşı olar...” (ət-Təhrim, 1-4)”.
 
əl-Buxari, 4862, 5267, 6691; Muslim, 3751, 2694; Əbu Davud, 3716.
 

عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَشْرَبُ عَسَلًا عِنْدَ زَيْنَبَ بِنْتِ جَحْشٍ وَيَمْكُثُ عِنْدَهَا فَوَاطَيْتُ أَنَا وَحَفْصَةُ عَلَى أَيَّتُنَا دَخَلَ عَلَيْهَا فَلْتَقُلْ لَهُ أَكَلْتَ مَغَافِيرَ إِنِّي أَجِدُ مِنْكَ رِيحَ مَغَافِيرَ قَالَ لَا وَلَكِنِّي كُنْتُ أَشْرَبُ عَسَلًا عِنْدَ زَيْنَبَ بِنْتِ جَحْشٍ فَلَنْ أَعُودَ لَهُ وَقَدْ حَلَفْتُ لَا تُخْبِرِي بِذَلِكَ أَحَدًا

 
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - Zeynəb bint Cəhşin evində bal içər və (bu səbəbdən də o,) Zeynəbin yanında çox oturardı. Buna gö­rə də mən Həfsə ilə məsləhətləşdim və biz belə qərara gəldik ki, o hansı birimizin yanı­na gəlsə ona: “Kitrə[3] yemisən? Səndən onun iyisi gəlir!”– deyək. (Biz Peyğəmbərə r bunu deyəndə) o belə cavab verdi: “Xeyr, mən sa­dəcə olaraq Zeynəb bint Cəhşin evində bal içmişəm. And içirəm ki, bir də o baldan içməyə­cəyəm, amma sən bu haqda heç kəsə bir söz demə!”[4]
 
əl-Buxari, 4531, 4912.
 

عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَتْ لَهُ أَمَةٌ يَطَؤُهَا فَلَمْ تَزَلْ بِهِ عَائِشَةُ وَحَفْصَةُ حَتَّى جَعَلَهَا عَلَى نَفْسِهِ حَرَامًا ، فَأَنْزَلَ اللَّهُ هَذِهِ الآيَةَ {يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ} إِلَى آخِرِ الآيَةِ.

 
Ənəs rəvayət edir ki, Allah Elçisinin - sallallahu aleyhi və səlləm – (Mariya adlı) bir kənizi var idi. Aişə və Həfsə onun, bu kənizlə yaşa­ma­sına narazı idilər. Odur ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - o kənizilə bir yerdə yaşamağı  özünə ha­ram etdi. Uca Allah da bu ayəni nazil etdi:Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir” (ət-Təhrim, 1)”.
 
əl-Hakim, 3824; ən-Nəsəi “Sunən” 3897, 3959, “Sunənul-Kubra” 8857, 8907, 11543. əl-Hakim, əz-Zəhəbi, Muqbil və əl-Albani səhih olduğunu bildirmişlər.
 

عن ابن عمر قال : قال رسول الله صلى الله عليه وسلم لحفصة : لا تحدثي أحدا وإن أم إبراهيم علي حرام فقالت : أتحرم ما أحل الله لك قال : فوالله لا أقربها فلم يقربها نفسه حتى أخبرت عائشة فأنزل الله {قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ}.

 
Rəvayət edilir ki, İbn Ömər (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi - sallallahu aleyhi və səlləm - Həfsəyə belə de­di: “İbra­hi­min anasını (Mariyanı) özümə haram etdiyimi heç kəsə de­mə!” Həf­sə: “Allahın sənə halal buyurduğunu özünə haram edir­sən?”- de­­yə soruşdu. O belə cavab verdi: “Allaha and olsun ki, mən ona yaxın­laş­ma­yacağam!” Həfsə Aişəyə bu ba­rədə xəbər verdikdən sonra bu ayələr nazil ol­du: “Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir...” (ət-Təhrim, 2)”.
 
əd-Diya əl-Məqdisi “Əhədisul-Muxtəra” 189; əş-Şəukani “Fəthul-Qadir” 7/254; İbn Kəsir “Təfsir” 8/159. Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.
 
İbn Həcər (Allah ona rəhm etsin) bu ayə­nin hər iki səbəbə, yəni balı və kənizi özünə haram etdiyinə görə nazil olduğunu qeyd etmiş­dir. (İbn Həcər “Fəthul-Bari” 10/283). Həmçinin, Şəvkani (Allah ona rəhm etsin) demişdir: “Ayənin nazil ol­masına dair varid olmuş hər iki hadisə səhihdir. Bu iki hadisəni cəm edib demək olar ki, bu ayə həm bal, həm də Mariyaya görə nazil olmuş və hər ikisinin özünə haram etdiyini heç kəsə xəbər verməməyi Peyğəm­bər - sallallahu aleyhi və səlləm - öz zövcələrindən birinə demişdir”. (əş-Şəukani “Təfsir” 5/252).

 
[1] Peyğəmbər - sallallahu aleyhi və səlləm - gündəlik zövcələrinin hamısını ziyarət et­dikdə Zey­nəb bint Cəhşin (Allah ondan razı olsun) evində digər zövcələrinə nisbətən daha çox oturardı. Buna da səbəb onun bal içməsi idi ki, bu da onların qısqanclığına gətirib çı­xartdı.
[2] Məğafir – Akasiya fəslindən olan Urfut ağacının özündən ifraz etdiyi kitrəyə (ağac şi­rə­si­nə) deyilir. Lisanul Arab, 1/574.
[3] Burada Urfut ağacının gövdəsindən axan yapışqanabənzər yarımşəffaf qatı maye qəsd edilir.
[4] Digər rəvayətdə hədisin tamamında deyilir: “...və bu (ayələr) nazil oldu: “Ey Peyğəmbər! Zövcə­lə­rini razı salmağa çalışaraq Alla­hın sənə halal et­diyi şeyi nə üçün özünə qadağan edir­sən? Allah Bağış­layan­dır, Rəhm­lidir. Allah, andlarınızdan kəf­farə ver­məklə azad olmağı siz­dən ötrü qanuni­ləşdirmişdir. Allah sizin himayə­da­rı­nızdır. O, Biləndir, Müdrikdir. Bir zaman Peyğəmbər öz zövcə­lə­rindən birinə sirr verdi. O da bu­nu onun digər zövcə­sinə xəbər verdikdə və Allah da bunu Peyğəm­bərə aşkar et­dik­də o, bunun bir qismini sirr verdiyi zöv­cəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Pey­ğəmbər bunu ona bildir­dikdə zöv­cəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!” Əgər ikiniz də Allaha tövbə etsə­niz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər Peyğəmbərə qarşı bir-biri­nizə dəstək versə­niz, bilin ki, Allah, Cəb­rail və əməli­saleh möminlər onun dostu və yar­dım­çısıdır. Bunlar­dan başqa mə­lək­lər də onun yardımçı­la­rıdır” (əl-Buxari, 5243).