Bir-birini sevənlərin əl-ələ tutub gəzməsi günahdırmı?
Sual:
Oglanla qizin sevgili olub el ele tutusub gezmeyi gunahdir cezasi nedi
Cavab:
Salam aleykum. İslama görə kəbin olmadan kişi ilə qadının bir-biri ilə görüşməsi, danışması və bir-birinə toxunması günahdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Sizdən birinizin başına iti dəmir batırılması onun üçün halal olmayan bir qadına toxunmaqdan daha xeyirlidir" (ət-Tabərani "Mu'cəmul-Kəbir", 20/212). Hədislərdə naməhrəmə toxunmağın cəzası barədə bir şey gəlməsə də, qeyd olunan hədisdən bu əməlin günah olduğu görünür. Alimlər bildirmişlər ki, günah etmək istəyən insan edəcəyi günahın kiçikliyinə və böyüklüyünə baxmasın, asi olduğu Yaradanın əzəmətinə baxsın və günahı tərk etsin. Həmçinin bu cavabları oxuyun: