əl-Muzzəmmil surəsi 20 - ci ayə
“Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “əl-Muzzəmmil surəsinin əvvəlki ayələri nazil oduqdan sonra səhabələr Ramazan ayında olduğu kimi digər gecələri də ibadətdə keçirərdilər. Bir il keçdikdən sonra isə bu surənin son ayəsi nazil oldu”.
Əbu Davud, 1305, 1307; əl-Hakim, 3864; ət-Tabərani “Mucəmul-Kəbir” 12706; İbn Əbu Şeybə “Musannəf” 37092. əl-Albani, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.