يَا أَيُّهَا الْمُدَّثِّرُ (١) قُمْ فَأَنْذِرْ (٢) وَرَبَّكَ فَكَبِّرْ (٣) وَثِيَابَكَ فَطَهِّرْ (٤) وَالرُّجْزَ فَاهْجُرْ (٥)
“Ey libasına bürünüb örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et!”
عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ سَأَلْتُ أَبَا سَلَمَةَ بْنَ عَبْدِ الرَّحْمَنِ عَنْ أَوَّلِ مَا نَزَلَ مِنْ الْقُرْآنِ قَالَ {يَا أَيُّهَا الْمُدَّثِّرُ} قُلْتُ يَقُولُونَ {اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ} فَقَالَ أَبُو سَلَمَةَ سَأَلْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُمَا عَنْ ذَلِكَ وَقُلْتُ لَهُ مِثْلَ الَّذِي قُلْتَ فَقَالَ جَابِرٌ لَا أُحَدِّثُكَ إِلَّا مَا حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ جَاوَرْتُ بِحِرَاءٍ فَلَمَّا قَضَيْتُ جِوَارِي هَبَطْتُ فَنُودِيتُ فَنَظَرْتُ عَنْ يَمِينِي فَلَمْ أَرَ شَيْئًا وَنَظَرْتُ عَنْ شِمَالِي فَلَمْ أَرَ شَيْئًا وَنَظَرْتُ أَمَامِي فَلَمْ أَرَ شَيْئًا وَنَظَرْتُ خَلْفِي فَلَمْ أَرَ شَيْئًا فَرَفَعْتُ رَأْسِي فَرَأَيْتُ شَيْئًا فَأَتَيْتُ خَدِيجَةَ فَقُلْتُ دَثِّرُونِي وَصُبُّوا عَلَيَّ مَاءً بَارِدًا قَالَ فَدَثَّرُونِي وَصَبُّوا عَلَيَّ مَاءً بَارِدًا قَالَ فَنَزَلَتْ {يَا أَيُّهَا الْمُدَّثِّرُ قُمْ فَأَنْذِرْ وَرَبَّكَ فَكَبِّرْ}
Yəyhə ibn Əbu Kəsir rəvayət edir ki, mən Əbu Sələmə ibn Abdur-Rahməndən Quranda ilk nazil olmuş ayə barəsində soruşduqda o dedi: “Ey libasına bürünüb örtünmüş peyğəmbər!” (əl-Muddəssir, 1) ayəsinin ilk nazil olmuş ayə olduğunu mənə xəbər verdi. Mən dedim: “Bəs deyirlər ilk nazil olmuş ayə “Yaradan Rəbbinin adı ilə oxu!” (əl-Aləq, 1) ayəsidir”. Əbu Sələmə dedi: “Vaxtı ilə mən də Cabir ibn Abdullahdan bu barədə soruşmuşdum. O mənə belə demişdi: “Mən sənə yalnız Allah Elçisinin - sallallahu aleyhi və səlləm - bizə danışdığı hədisi danışacağam. O, başına gələn hadisəni bizə danışıb dedi: “Hira dağının yanında olarkən kimsə məni çağırdı. Mən, sağıma və soluma, önümə və arxama baxdım, lakin heç kəsi görmədim. Sonra yuxarı baxdım və (dəhşətli[1]) bir şey gördüm. Mən dərhal evə getdim və Xədicəyə: “Üstümü örtün! Üzərimə soyuq su səpin!”- dedim. Onlar mənim dediklərimi yerinə yetirdikdən sonra bu ayələr nazil oldu: “Ey libasına bürünüb örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et!...” (əl-Muddəssir, 1-2)”.
əl-Buxari, 4541, 4922.
1 Burada Peyğəmbər - sallallahu aleyhi və səlləm - Cəbraili - aleyhissəlam - öz qiyafəsində, qanadları ilə üfüqün qarşısını tutduğunu görmüş və dəhşətə gəlmişdir. Əlavə məlumat üçün bax: ən-Nəcm surəsi, 7 və ət-Təkvir surəsi, 23 - cü ayələrin təfsiri.