əl-Mursəlat surəsi

    20.05.2019
عن ابن عباس قال : نزلت سورة المرسلات بمكة

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “əl-İnsan surəsi Məkkədə nazil olmuşdur”.
 
əs-Suyuti “əd-Durrul-Mənsur” 8/380, 15/172.
 

عَنْ عَبْدِ اللهِ ، رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ بَيْنَمَا نَحْنُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي غَارٍ بِمِنًى إِذْ نَزَلَ عَلَيْهِ {وَالْمُرْسَلاَتِ} وَإِنَّهُ لَيَتْلُوهَا وَإِنِّي لأَتَلَقَّاهَا مِنْ فِيهِ وَإِنَّ فَاهُ لَرَطْبٌ بِهَا إِذْ وَثَبَتْ عَلَيْنَا حَيَّةٌ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اقْتُلُوهَا فَابْتَدَرْنَاهَا فَذَهَبَتْ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وُقِيَتْ شَرَّكُمْ كَمَا وُقِيتُمْ شَرَّهَا.

 
Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Biz Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - bir­likdə Minadakı mağarada olarkən ona: “And olsun xeyirlə göndə­rilən­lərə...” (əl-Mursəlat surəsi) surəsi nazil oldu və o, bu surəni oxumağa başladı. Mən bu surəni onun ağzın­dan eşidib əzbərləyirdim. O, surəni oxuyarkən birdən bizim üstümüzə bir ilan atıldı və Peyğəm­bər - sallallahu aleyhi və səlləm: “Öldürün onu!”– deyə əmr etdi. Biz ilanı öldürmək is­tə­dikdə o qaçdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Siz onun şərindən qorunduğunuz kimi, o da sizin şəriniz­dən qorundu”.
 
əl-Buxari, 1699, 1830, 3317; Muslim, 5972.