ən-Naziət surəsi 42 – 45 – ci ayələr
“Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?”– deyə soruşurlar. Sən onu haradan biləsən axı?! Onu kamil bilmək sənin Rəbbinə aiddir. Sən yalnız ondan qorxanı xəbərdar edənsən”
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərə - sallallahu aleyhi və səlləm - Qiyamət barəsində o qədər sual verdilər ki, Uca Allah bu ayələri nazil etdi: “Sən onu haradan biləsən axı?! Onu kamil bilmək sənin Rəbbinə aiddir” (ən-Naziət, 43-44)”.
ət-Tabəri “Cəmiul-Bəyən” 36650; əş-Şafii “Musnəd” 674, 1213. Şyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.
Tariq ibn Şihab belə deyir: “Peyğəmbərə - sallallahu aleyhi və səlləm - Qiyamət barəsində o qədər sual verdilər ki, bu ayələr nazil oldu: “Səndən o Saat barəsində: "O nə vaxt qopacaq?"– deyə soruşurlar. Sən onu haradan biləsən axı?! Onu kamil bilmək sənin Rəbbinə aiddir. Sən yalnız ondan qorxanı xəbərdar edənsən” (ən-Naziət, 42-45)”.
ət-Tabəri “Cəmiul-Bəyən” 36651. Şyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.