əl-Mutaffifin surəsi 1 – 6 – cı ayələr

    21.05.2019
إِذَا السَّمَاءُ انْفَطَرَتْ (١) وَإِذَا الْكَوَاكِبُ انْتَثَرَتْ (٢) وَإِذَا الْبِحَارُ فُجِّرَتْ (٣) وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ (٤) عَلِمَتْ نَفْسٌ مَا قَدَّمَتْ وَأَخَّرَتْ (٥) يَا أَيُّهَا الْإِنْسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ (٦)

 
“Çəkidə və ölçüdə aldadanların vay halına! O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər, onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar. Onlar dirildiləcəklərini fikirləşmirlərmi? Həm də əzəmətli bir gündə. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar”
 

عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : لَمَّا قَدِمَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْمَدِينَةَ كَانُوا مِنْ أَخْبَثِ النَّاسِ كَيْلاً ، فَأَنْزَلَ اللَّهُ سُبْحَانَهُ : {وَيْلٌ لِلْمُطَفِّفِينَ} فَأَحْسَنُوا الْكَيْلَ بَعْدَ ذَلِكَ.

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - Mədinə şəhərinə gəldiyi zaman oranın əhalisi (bir çoxları) çəkidə və ölçüdə aldadan ən nanəcib insanlar idi. Uca Allah da bu ayələri nazil etdi: “Çəkidə və ölçüdə aldadanların vay halına!” Bundan son­ra onlar çəkidə aldatmadılar”. 
 
İbn Məcə, 2223; İbn Hibban, 4919; ən-Nəsəsi “Sunənul-Kubra” 11590, 11654; ət-Tabərani “Mucəmul-Kəbir” 11873; əl-Beyhəqi “Sunənul-Kubra” 10948, 11496. əl-Albani, Muqbil, Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər.