əl-Kovsər surəsi 1- 3 - cü ayələr

    23.05.2019
عَنْ أَنَسٍ قَالَ بَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ بَيْنَ أَظْهُرِنَا إِذْ أَغْفَى إِغْفَاءَةً ثُمَّ رَفَعَ رَأْسَهُ مُتَبَسِّمًا فَقُلْنَا مَا أَضْحَكَكَ يَا رَسُولَ اللَّهِ قَالَ أُنْزِلَتْ عَلَيَّ آنِفًا سُورَةٌ فَقَرَأَ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ {إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ} ثُمَّ قَالَ أَتَدْرُونَ مَا الْكَوْثَرُ فَقُلْنَا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ قَالَ فَإِنَّهُ نَهْرٌ وَعَدَنِيهِ رَبِّي عَزَّ وَجَلَّ عَلَيْهِ خَيْرٌ كَثِيرٌ هُوَ حَوْضٌ تَرِدُ عَلَيْهِ أُمَّتِي يَوْمَ الْقِيَامَةِ آنِيَتُهُ عَدَدُ النُّجُومِ فَيُخْتَلَجُ الْعَبْدُ مِنْهُمْ فَأَقُولُ رَبِّ إِنَّهُ مِنْ أُمَّتِي فَيَقُولُ مَا تَدْرِي مَا أَحْدَثَتْ بَعْدَكَ

 
Ənəs ibn Məlik (Allah ondan razı olsun) demişdir: “Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - yanımız­da ikən yuxuya getmişdi. Sonra gülümsəyərək başını qaldırdı. Biz dedik: “Səni güldürən nədir, ey Allahın Elçisi?” O: “İndicə mənə bir surə nazil oldu”- deyərək bu ayələri oxudu: “Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həqiqətən, Biz Köv­səri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur”. Sonra o buyur­du: “Kövsərin nə olduğunu bilirsiniz?” Biz dedik: ”Allah və Onun Elçisi daha yaxşı bilir!” O dedi: “O, Uca Rəbbimin mənə vəd etdiyi, içində çoxlu xeyir olan və Qiyamət günü ümmətimin yanına top­lanacağı hovuzdur. (Ətrafına düzülən) qədəhlər ulduz­ların sayı qədərdir. Onlardan (ümmətimdən) bəzi qullar çıxarılıb kənar­laş­dırılacaqdır. Mən də: “Ey Rəbbim! Onlar mənim ümmə­tim­dən­dirlər”- deyəcəyəm. Allah buyuracaq: “Sən bilmirsən ki, on­lar sən­dən sonra nə yeniliklər etdilər!”
 
Muslim, 400, 607, 921.