əl-Məsəd surəsi 1 - 5 - ci ayələr

    23.05.2019
عَنِ ابْنِ عَبَّاسٍ ، رَضِيَ اللَّهُ عَنْهُمَا ، قَالَ : صَعِدَ النَّبِيُّ صلى الله عليه وسلم الصَّفَا ذَاتَ يَوْمٍ فَقَالَ يَا صَبَاحَاهْ فَاجْتَمَعَتْ إِلَيْهِ قُرَيْشٌ قَالُوا مَا لَكَ قَالَ أَرَأَيْتُمْ لَوْ أَخْبَرْتُكُمْ أَنَّ الْعَدُوَّ يُصَبِّحُكُمْ ، أَوْ يُمَسِّيكُمْ أَمَا كُنْتُمْ تُصَدِّقُونِي قَالُوا بَلَى قَالَ فَإِنِّي نَذِيرٌ لَكُمْ بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ فَقَالَ أَبُو لَهَبٍ تَبًّا لَكَ أَلِهَذَا جَمَعْتَنَا فَأَنْزَلَ اللَّهُ : {تَبَّتْ يَدَا أَبِي لَهَبٍ}.

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) Peyğəmbər - sallallahu aleyhi və səlləm - Səfa da­ğı­na qalxıb: “Düşmən gəlir!”– deyə­ (uca səslə camaatı) çağırmağa başladı. Qu­reyşlilər onun yanına toplanıb soruşdular: “Nə olub sənə?” Dedi: “Əgər mən sizə desəm ki, düşmən səhər və ya axşam bizim üstümüzə hücum edə­cək, mənə inanar­sınızmı?” Onlar: “Əlbəttə, (inanarıq)”– dedilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “(Onda bilin ki,) mən sizi şiddətli əzabla qorxudan bir peyğəmbərəm!” Əbu Ləhəb[1] dedi: “Ölüm olsun sənə! Bizi bura buna görə yığmısan?” Allah da bu (əl-Məsəd surəsini) nazil etdi: Əbu Ləhəbin əlləri qurusun, qurudu da!”
 
əl-Buxari, 4801.
 

عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ لَمَّا نَزَلَتْ {وَأَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ} صَعِدَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الصَّفَا فَجَعَلَ يُنَادِي يَا بَنِي فِهْرٍ يَا بَنِي عَدِيٍّ لِبُطُونِ قُرَيْشٍ حَتَّى اجْتَمَعُوا فَجَعَلَ الرَّجُلُ إِذَا لَمْ يَسْتَطِعْ أَنْ يَخْرُجَ أَرْسَلَ رَسُولًا لِيَنْظُرَ مَا هُوَ فَجَاءَ أَبُو لَهَبٍ وَقُرَيْشٌ فَقَالَ أَرَأَيْتَكُمْ لَوْ أَخْبَرْتُكُمْ أَنَّ خَيْلًا بِالْوَادِي تُرِيدُ أَنْ تُغِيرَ عَلَيْكُمْ أَكُنْتُمْ مُصَدِّقِيَّ قَالُوا نَعَمْ مَا جَرَّبْنَا عَلَيْكَ إِلَّا صِدْقًا قَالَ فَإِنِّي نَذِيرٌ لَكُمْ بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ فَقَالَ أَبُو لَهَبٍ تَبًّا لَكَ سَائِرَ الْيَوْمِ أَلِهَذَا جَمَعْتَنَا فَنَزَلَتْ {تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ}

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Uca Allah: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) ayəsini nazil etdikdən sonra, Pey­ğəm­bər - sallallahu aleyhi və səlləm - Səfa dağına qalxdı və: “Ey Fəhr oğulları! Ey Adiyy oğulları!”- deyərək qohum əqrəbasını ça­ğırdı. Qureyşlilər onun yanına toplandı. İmkan tapıb gələ bil­məyənlərin hər biri öz tərəfindən bir nümayəndə göndərdi ki, ha­disə barəsində ona xəbər versinlər. Beləliklə də, Əbu Ləhəb başda olmaqla Qureyşlilər Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına top­landılar. O dedi: “Əgər mən sizə xəbər versəm ki, bu vadidə bir dəstə atlı var və onlar sizə hücum etmək istəyir, mənə inanarsınız­mı?” Onlar dedilər: “Bəli, bu vaxta qədər səndən yalan eşitməmi­şik”. O dedi: “Həqiqətən, mən sizi Allahın şiddətli əzabı ilə qor­xudan bir peyğəmbərəm!” Əbu Ləhəb də ona belə dedi: “Ölüm olsun sənə! Bizi buna görə bura yığmısan?” Uca Allah da bu ayələri nazil etdi: Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək (əl-Məsəd, 1-2)”.
 
əl-Buxari, 4397, 4770.

 
[1] Əbu Ləhəb Abdul-Üzzə ibn Abdul-Muttəlib Peyğəmbərin - sallallahu aleyhi və səlləm - əmisi və ən qatı düşmənlərindən biri olmuşdur.