Suşi yemək halaldırmı?

    25.06.2019
Sual: 
ƏsSələmu aleykum.qardaş suşi yemək halaldır?çünki içində çiy ət olur
Cavab: 

Və aleykum Salam. Zərəri olmadığı təqdirdə çiy ət yemək olar. Çünki dində bunu qadağan edən bir dəlil yoxdur. Haramlığına dəlil olmadığı təqdirdə isə bir şeyi haram etmək olmaz. Lakin zərərli olub-olmamasına diqqət etmək lazımdır. Əgər orqanizmə zərərlidirsə, bu halda yemək olaz. Uca Allah buyurur: "...öz əllərinizlə özünüzü təhlükəyə atmayın". (əl-Bəqərə, 195). Suşi balıq ətindən hazırlandığına görə bu yeməyi yeməkdə bir problem yoxdur. Həmçinin oxuyun: Haram qidalar

Paylaş: