2019-cu il Ramazan bayramı nə vaxta təsadüf edir?
Sual:
Əssələmu Aleykum. 03.06.2019 cu il hicri təqvimlə isə 29 Ramazan 1440. Ayın görünməsi barədə bir məlumat varmı? Əgər ay görsənərsə, bu sayta məlumat paylaşa bilərsinizmi?
Cavab:
Və aleykum Salam. Bu il (2019) ölkəmizdə Ramazan bayramı İyun ayının 5-nə təsadüf edir. Başqa ölkələrdə ayın görünməsi bayram keçirmək üçün əsas deyil, çünki ay hər ölkədə müxtəlif vaxtlarda görünə bilər. Hər kəs bayramı yaşadığı yerin əhalisi ilə birlikdə keçirməlidir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Oruc sizin (yəni, camaatın) oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". (Bu hədisi ət-Tirmizi, Əbu Davud və İbn Macəh rəvayət etmişlər. ət-Tirmizi hədisi rəvayət etdikdən sonra belə demişdir: "Bəzi elm adamları bu hədisin açıqlamasını belə vermişlər: "Hədisin mənasına görə iftar və oruc camaat və çoxluqla edilməlidir". (ət-Tirmizi, Oruc bölməsi, 11-ci fəsil).