Ailə qurmağa hələ hazır olmayan oğlan və qızın ünsiyyətdə olması günahdırmı?
Sual:
Salam.men bu il qutarmisam menketbi amma 5 ci sinifden bir oglannan sevgiliyem.fikrimiz cox ciddidi sevirik bir birimizi.ikimizde namaz qiliriq.ailemiz bilir yalniz atalardan basqa bide menim qardasimnan basqa.deyeceksinizki evlenin onda amma hele evlenmeye hazir deyilik.oglan universitetde oxuyur qurtarib is tapmalidi mende universitete girsem cavab gozluyurem indi bilinmirde,girsem unini qutarib evlenmeyi dusunuruk.biz ne ede bilerikki gunah olmasin seviriy bir birimizi.danisiriq telfonda.mekteb vaxti gorusurduk mektebe birgedirdik.evlenmey gelecekde olmalidi indi atama deye bilmeriy axi.is tapmalidi men boyumeliyem.biz ne edek?
Cavab:
Və aleykum Salam. Kəbin olmadan naməhrəmlərin danışması, görüşməsi, yazışması və s. böyük günahlardandır. Yalnız evlənmək məqsədi ilə bir neçə dəfə görüşüb söhbət etmək olar. Bundan kənar ünsiyyətin sonu cəhənnəm əzabına səbəb olacaq zina kimi böyük günahla nəticələnə bilər. Siz həmin şəxslə ünsiyyəti dayandırmalı və səbr etməlisiniz. Allaha namazlarda, həmçinin gecə namazlarında sizə ailə qurmağı asanlaşdırması üçün çoxlu dua edin. Daha ətraflı: