Qəlbim rahatlıq tapmır və günahlar işlədirəm, bundan necə xilas ola bilərəm?
Va aleykum salam. Sıxıntılar insanın başına gələn müsibətlərin bir növüdür. Bəzən sıxıntılar o qədər çoxalır ki, insan artıq ondan necə qurtulacağını bilmir. Sıxıntılardan qurtulmağın yolu Allahın itaətinə qayıtmaq, günahlardan tövbə etmək, faydalı işlərlə məşğul olmaq, Allahı zikr etmək, namaz qılmaq, məscidə gedib camaat namazında iştirak etmək, ibadətlərə və xeyirxah əməllərə davamlı olmaq, səbir edib dözmək, Allahdan ümid üzməmək və bu deyilənlərə əməl etmək çətin olduqda belə onları tərk etməməkdir. Xəstə insan dərhal sağalmadığı kimi bu sıxıntılar da dərhal insandan getmir. Zikr etmək, namaz qılmaq və digər xeyirxah əməllər etməklə şeytandan qorunun və beləcə günahları öz həyatınızdan sıxışdırıb çıxardın. Allah köməyiniz olsun! Həmçinin, bu sualların cavablarını oxuyun: