Böyük günahlar edən insanın arxasınca danışmaq qeybət sayılırmı?
Va aleykum Salam. Əslində qeybət etmək haramdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qeybət barədə demişdir: "Qeybətin nə olduğunu bilirsinizmi?" Səhabələr dedilər: "Allah və Rəsulu daha yaxşı bilir". O dedi: "Qardaşının xoşlamayacağı bir şeyi onun haqqında danışmaqdır" Səhabələr dedilər: "Bəs dediyim şey qardaşımda varsa, onda necə?" O dedi: "Əgər dediyin şey onda varsa, onun qeybətini etmiş olursan, yox, əgər yoxdursa, ona böhtan atmış olursan" (Səhih Muslim, 2589).
Lakin, bəzi hallarda qeybət etmək icazəli olur. Bu hallardan biri də açıq-aşkar günah edən insandan çəkindirmək məqsədilə onun halını insanlara bəyan etməkdir. Əgər bir insan qeyd etdiyiniz günahları açıq-aşkar edir və çəkinmirsə, bu halda onun halını insanlara bəyan etməklə ondan çəkindirmək qeybət sayılmır. Belə insanlar tərk olunmalıdır və halları insanlara bəyan olunmalıdır ki, digərləri ondan zərər görməsin. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə bir kişi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəlib daxil olmağa izin istədi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Ona izin verin. O necə də pis insandır!" (Səhih əl-Buxari, 6032).
Lakin əgər bu insan qeyd olunan günahları gizlində edirsə, bu insana nəsihət etmək lazımdır. Onu bu əməlləri tərk etməyə və tövbə etməyə çağırmaq lazımdır. Çünki dinimiz nəsihət etməyi buyurur. Həmçinin oxuyun:
Qeybət etmək haqqında
Qeybət etmək niyə günah sayılır?
Halal qeybət olur?