Hicab geyinərkən üz bağlanmalıdırmı?

    28.10.2019
Sual: 
Salam Aleykum. Sizə 2 sualım olacaq, xahiş edirəm cavablandırasınız 1Hicab taxarkən nəyə görə üz bağlanmır? 2 Naməhrəm(yad) yerlərdə hansını taxmaq daha düzgündür. Hicab yoxsa çadra
Cavab: 

Va aleykum Salam. Əl və üz istisna olmaqla qadının bütün bədəninin örtülməsi vacibdir. Uca Allah bu xüsusda buyurur: "Mömin qadınlara da de ki, hara­ma baxma­yıb gözlərini aşağı dik­sinlər və cinsiyyət üzv­lərini zinadan qo­ru­sun­lar. Qoy onlar – gö­rünənlər is­tisna ol­maqla, zinət­lərini naməh­rə­mə göstər­məsinlər". (ən-Nur, 31).
İbn Kəsir bu ayənin təfsirində İbn Abbasdan rəvayət edir ki, ayədə "gö­rünənlər is­tisna olmaqla" dedikdə əllər və üz nəzərdə tutulur. Bu və digər dəlillərə əsasən əlləri və üzü bağlamaq qadına vacib yox, müstəhəb sayılır. Həmçinin oxuyun: Hicab azadlıqdır!

 
Teqlər: 
Paylaş: