Ərlə arvadın insanların qarşısında öpüşməsi günah sayılırmı?
Va aleykum Salam. Bir kişinin həyat yoldaşını insanların gözü önündə öpməsi, qucaqlaması günahdır və əxlaqa ziddir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ərlə arvad arasında olan intim münasibətləri insanlara danışmağı belə qadağan etmiş və belə demişdir: "Öz qadını ilə yaxınlıq etdikdən sonra onun sirrini (xüsusiyyətlərini) insanlara yayan kişi Qiyamət günü Allahın dərgahında insanlar içərisində ən pis məqama sahib olacaq". (Səhih Muslim, 1473).
Əgər ərlə arvad arasında intim münasibətləri danışmaq günah sayılırsa, o zaman bunu insanların gözləri önündə etmək daha böyük və çirkin günahdır. Uca Allah hər cür yaramaz işləri qadağan edərək buyurur: "Fe: "Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur". (əl-Əraf, 33).