Ana, üç bacı və bir qardaşa qalan miras necə bölünür?

    14.11.2019
Kimdən: 
Rəbbin sevən biri
Sual: 
Salam aleykum.sualım beledir.3 bacı ve bir qardaşa ata mirasından ne qederi qızlara düşür?onu da deyim valideynler oglanla bir yerde qalacaq.
Cavab: 

Va aleykum salam. Miras bölgüsü insan öldükdən sonra olur. Əgər ata öldükdən sonra varislərindən arvadı, üç qızı və oğlu qalarsa, ölənin övladları olduğuna görə anaya mirasın səkkizdə biri düşür. Uca Allah bu barədə buyurur: "Əgər övladınız varsa, onda qoyub getdiyiniz malın səkkizdə bir hissəsi onlara (zövcələrə) çatır" (ən-Nisa, 12). 

Yerdə qalan mirasın qızlara düşən payın iki misli oğula düşərək övladlar arasında bölünür. Uca Allah bu barədə buyurur: "Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; kişiyə, iki qadının payı qədər pay düşür"  (ən-Nisa, 11).

Beləliklə, əgər bütün mirası 10000 götürsək, anaya bundan səkkizdə biri, yəni 1250 miqdarında pay düşür. Oğula bir qıza verilən payın iki misli düşdüyü üçün yerdə qalan məbləğ dörd deyil, beş yerə bölünür. Qızların hərəsinə 8750/5=1750 miqdarında, oğlan isə qıza verilən payın iki mislini, yəni 2 x 1750=3500 miqdarında pay götürür. Qeyd edək ki, mirasda valideynlərin kiminlə qalması nəzərə alınmır. Valideyn ona düşən payı istədiyi kimi sərf edə bilər. 

Teqlər: 
Paylaş: