Yuxularımın tez-tez düz çıxması nə ilə bağlıdır?

    25.11.2019
Kimdən: 
Aylin
Sual: 
Salam.Men hemiwe evimizde ve yaxud yaxin insanlardan kimese neyse olacaqsa yuxumda gorurem ve gorduyum kimide yuxum cixir biliremki bu gun o insana neyse olacaq.Nie beledir anlamiram herden ozumede qeribe gelir
Cavab: 

Va aleykum sələm. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər vermişdir ki, insanların yuxularının düz çıxması Qiyamətin yaxınlaşmasının əlamətlərindəndir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Qiyamət yaxınlaş­dığı zaman möminin yuxuları demək olar ki, həmişə doğru çıxacaq. Çünki möminin yuxusu peyğəmbərliyin qırx altı qismindən biridir. Peyğəmbərliyə aid olan bir şey isə yalan ola bilməz" (əl-Buxari, 7017. Muslim, 4200). Bu səbəbdən belə yuxular Allah tərəfindən bir müjdədir. Yuxu barədə daha ətraflı bu linkləri oxuyun:


Paylaş: