Xarici ölkədə vəfat edən müsəlmanın şəriətə uyğun dəfn edilməməsi günahdırmı?

    25.11.2019
Kimdən: 
Juli
Sual: 
Salam. Men xaricde yashayiram burda tek ailem bilir ki muselmanam eger dunyam deyishsem yeni olsem muselman kimi basdirilmasam gunahdimi yeni bu ish nece ola biler .. teshekkur
Cavab: 

Va aleykum salam. Dünyasını dəyişən hər bir müsəlman İslam şəriətinə uyğun dəfn edilməlidir. Meyyit yuyulmalı, kəfənlənməli, cənazə namazı qılınmalı və müsəlmanların qəbirstanlığında dəfn edilməlidir. İstər müsəlman ölkəsində, istər qeyri-müsəlman ölkəsində yaşasın, fərqi yoxdur. Lakin əgər müəyyən üzürlü səbəbdən vəfat etmiş müsəlman İslam şəriətinə uyğun dəfn edilməzsə, buna görə ona günah yazılmaz. Çünki bunun məsuliyyəti onun ailəsinin və ya onu tanıyan müsəlmanların üzərinə düşür. Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə Həbəşistanın kralı Nəcaşi Əshəmə qövmündən xəbərsiz İslamı qəbul etmişdi. Lakin ətrafdakılar bunu bilmirdilər və bu səbəbdən onu İslam şəriətinə uyğun dəfn etmədilər. Lakin Uca Allah bu barədə Peyğəmbərimizə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəhy etdi və Peyğəmbərimiz səhabələri ilə birlikdə Mədinədə ona qiyabi olaraq cənazə namazı qıldı və onun üçün dua etdi. Çünki Həbə­şistanda onun cənazə namazı qılınmamışdır. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Nəcaşinin vəfat etdiyi gün Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun ölüm xəbərini səhabələrinə bildirdi. Sonra namazgaha gəlib camaatı cərgə­bəcər­gə düzdü və dörd dəfə təkbir gətirdi.” (əl-Buxari, 1245). Hədisin digər rəvayətində isə demişdir: "Qardaşınız Nəcaşi Həbəşistanda vəfayt etdi. Onun üçün dua edin". 

Dövrümüzdə bir çox qeyri-müsəlman ölkələrində məscidlər və müsəlman icmaları fəaliyyət göstərir. Bu səbəbdən o ölkələrdə dünyasını dəyişən müsəlmanın ailəsi həmin icmalara və yaxın məscidlərə müraciət edə bilərlər.

Teqlər: 
Paylaş: