Qiyamət günü insanın ibadətinə, yoxsa ürəyinin təmizliyinə baxacaqlar?

    08.04.2014
Sual: 
Salam aleykum. Mene chox maraqlidir. İnsan ureyine gore axiretde qiymetlendirilecek, yoxsa etdiyi ibadete gore? Zehmet olmasa cavablandirardizda. Evvelceden teshekkur edirem.
Cavab: 

Aleykum salam. Qiyamət günü insanın həm qəlbinə, həm ibadətinə, həm də bütün əməllərinə baxılcaq. Uca Allah buyurur: "Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur. Özü də bunun şahididir. Həqiqətən, o, var-dövlətə çox hərisdir. Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı və kökslərdə olanlar aşkar ediləcəyi zaman – məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?" (əl-Adiyat, 6-11). 
Həmçinin, insanın həm qəlb, həm də bədən üzvlərinin əməlləri tərəzidə çəkiləcək. Uca Allah buyurur: "O gün kimin tərəziləri ağır gələrsə oşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, anası Haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur!" (əl -ariə, 6-11). 
 

Paylaş: