Bir günaha dəfələrlə tövbə etsəm, tövbəm qəbul olunurmı?
Sual:
Salam men 1 gunaha gore defelerle tovbe edb ama zaman kecenden sora pozmşam ama pozandan sora cox peşman olub tovbe etmşem yene sizce tovbem qebuldu
Cavab:
Aleykum salam. Tövbə etdikdən sonra dəfələrlə günah edib tövbə etsəniz, tövbəniz qəbul olunar. Ona görə də ruhdan düşmək lazım deyil. Əbu Səid əl-Xudri demişdir: “Mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - belə dediyini eşitdim: “İblis Rəbbinə dedi: “İzzətinə və Ucalığına and olsun, nə qədər ki, Adəm övladlarının ruhları bədənlərindədir, mən onları azdırmaqdan əl çəkməyəcəyəm”. Allah buyurdu: “İzzətimə və Ucalığıma and olsun, nə qədər ki, onlar Məndən bağışlanma diləyəcək, Mən onları bağışlayacağam.” (Musnəd İmam Əhməd, 11240, 11262, 11548, 11677). Daha ətraflı məlumat əldə etmək üçün bu linkləri oxuyun:
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?