Ailəmizdə tez-tez mübahisələr yaranır. Bunun qarşısını necə almaq olar?
Aleykum salam. İndiki müasir dövr şərin artdığı, maddi və mənəvi problemlərin çoxaldığı bir dövrdür. İnsanlar hər bir addımda əsəbi gərginlik yaşayırlar. Bütün bunlar bütövlükdə uşaqdan böyüyə qədər cəmiyyətin hər bir üzvünə öz təsirini göstərir. Ona görə də indiki dövrdə ailə münaqişələri və boşanma halları çoxalmışdır. Bunun qarşısını yalnız səbirlə almaq mümkündür. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir". (əl-Bəqərə, 45).
Həmçinin, həyat yoldaşınıza da səbirli olmağı tövsiyyə edin. Həmçinin, nə qədər əsəbi olsa da qəlb qırmağın və incitməyin günah olduğunu və Allahın kobud, təhqiramiz sözlər danışan adama nifrət etdiyini xatırladın.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir". (əl-Buxari: "Ədəbu-l-Mufrad", 464).