Nəzəri fizika və astrofizika ilə məşğul olmaq olarmı?
Sual:
Assalamu aleykum va rahmatullah.Bir qardaşımız nəzəriyyəçidir, yaponiyada işləyir.Nəzəri fizika ilə,xüsusilə də,elementar zərrəciklər fizikası və astrofizika ilə məşğul olur.Bu batil elm sayılırmı?Müxtəlif riyazi hesablamalarla, nəzəri proqnozlar irəli sürməklə bir təbiət hadisəsinin hansı səbəbdən baş verməsini izah etmək sələfin əqidəsinə görə doğru sayılırmı? Alimlər qabaqcadan müxtəlif hesablamalar vasitəsilə sirli proseslərin baş vermə səbəblərini açıqlamış və sonradan isə təcrübələrlə onların bu fikirlərini təsdiqini tapmışdır. Bu sizcə, Allahın o şəxsə bəxş etdiyi elm və ya fərasətdir, yoxsa batil əqidə? Yəni sırf nəzəri metod və hipotezlə bir şeyi əvvəlcədən iddia etmək doğrudur?
Cavab:
Va aleykumus-sələm. Ümumiyyətlə İslam dini elmə çox önəm verir. İstər bu elm dünyəvi olsun, istər dini. Xüsusən də əgər bu elmi öyrənmək cəmiiyətə və insanlara fayda vermək məqsədi daşıyırsa, bu elmi öyrənən savab qazanmış olur. Əgər irəli sürülən nəzəriyyə elmə əsaslanırsa, bunda İslama zidd heç bir şey yoxdur və bu elmlə məşğul olmaq olar. Sözsüz ki, təbiət hadisələri Allahın izni və istəyi ilə baş verir. Lakin Uca Allah Öz hikməti ilə hər bir hadisə üçün səbəb müəyyən etmişdir. Bu səbəbləri elmə əsaslanaraq öyrənmək və faydalanmaq icazəlidir. Həmçinin oxuyun: