Şəriətə müxalif əməllər edən imamın arxasında namaz qılmaq olarmı?

    09.02.2020
Kimdən: 
Iftixar
Sual: 
Salam Aleykum. RahmatulAllahu ve Berekatahu. Allah her birimizin Elminde guclu olmagi nesib etsin inwaAllah. Qardaş sualim beledir. Men Peygember(sallallahu aleyhi ve sellemin) sunnesiyle gedirem. Sunnede Cume gununun Namazinin mutleq oldugunu bilirem. Ama Azerbaycan weriet qaydalariyla idare olunan bir dovlet deil. Ve burdaki Mesciddeki imamlar dovletle baglidi. Sunnu mescidinde imamin arxasinda durub namaz qilmaq duzgundurmu. Ve ya imamin tam weriet qaydalarna riayet etmediyi halda onun arxasinda durub camaat namazi qilinmalidirmi? Gunah insani dinden cixartmir. Ama kufr cixarir. Kufr eden imamin arxasinda mamaz qilmaq olarmi?Evvelceden teşekkurler
Cavab: 

Va aleykumus-sələm. Yaşadığı yerindən asılı olmayaraq Cümə namazı hər bir müsəlmana vacibdir. Azərbaycan şəriət qaydaları ilə idarə olunmasa da müsəlman ölkəsi sayılır. Çünki əhalisinin əksəriyyəti müsəlmandır. Hər hansı bir ölkədə əhalinin əksəriyyətini müsəlmanlar təşkil edirsə, orada İslamın şüarları izhar olunursa (məscidlərdə azan verilməsi, cümə namazı qılınması və s.) bu halda hətta şəriət qanunları ilə idarə edilməsə belə, o ölkə Darul-İslam, yəni müsəlman ölkəsi sayılır. Yalnız şəriət qanunları ilə idarə olunan ölkənin müsəlman ölkə sayılması doğru deyil. Bir ölkənin müsəlman ölkəsi adlanması onun necə idarə olunmasından yox, əhalisindən asılıdır.

O ki qaldı imamın dövlətə bağlı olması və şəriətə tam tabe olmamaqları, bu, imamın arxasında namaz qılmamağa əsas vermir. Madam ki, imam müsəlmandır onun arxasında namaz qılmaq olar. İbn Teymiyyə (Allah ona rəhmət eləsin) bu barədə demişdir: "Səhabələr (Allah onlardan razı olsun) asilik etdiyini bildikləri imamların arxasında namaz qılırdılar. Belə ki, Abdullah ibn Məsud və digər səhabələr (radıyəllahu anhum) içki içən, bəzən bilərək sübh namazını dörd rükət qıldıran, Osman tərəfindən qamçılanan əl-Valid ibn Uqbə ibn Əbu Mueytin arxasında namaz qılırdılar. Həmçinin Abdullah ibn Ömər və başqa səhabələr Həccac ibn Yusifin, Səhabə və Tabiinlər şəriətdə əsaslı bir məsələni inkar (ilhad) etməkdə ittiham olunan və zəlalətə dəvət edən İbn Əbu Ubeydin arxasında namaz qılardılar". (İbn Teymiyyə: "Məcmuu-l-Fətəva, 3,/281).

Lakin əgər imam küfr əməllər edirsə, məsələn Allaha şərik qoşmaq kimi, bu imamın arxasında namaz qılmaq olmaz. 

Həmçinin oxuyun: Günahkar imamın arxasında namaz qılmaq olarmı?

Teqlər: 
Paylaş: