Toya getmək olarmı?

    09.04.2014
Kimdən: 
Qoşu İsgəndərov
Sual: 
Salam aleykum. Emeller niyyetlere goredir. Bir insan ki, misal uchun qardashinin ve ya dostunun toyuna getmir. Onun getmeyi özune gunah yazilir, getmemeyi de qardashinin ve ya dostunun qelbine deyir gunah qazanir. Yeni ki, niyyetinde getmemekdi, amma mecburi gedir. Toy, oynamagdi, kimise bayramda tebrik etmekdir. Xahiş edirem Allah rizasi uchun bu haqda etrafli yazardiniz. Yeni ne derecede duzgundur bu?
Cavab: 

Aleykum salam. Əvvəlcə qeyd edək ki, aşağıdakı səbəblərə görə cahil toyuna getmək qadağandır:

  • açıq-saçıq geyimlər
  • içki içilməsi
  • musiqi
  • israfçılıq
  • kişi və qadınların biryerdə olması və s.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət olunmaz". (İmam Əhməd, 1095).
İnsan birinci növbədə Uca Allahı razı salmağa çalışmalıdır. Əgər insan toy edir və toyda Uca Allahın haram buyurduqlarına yol verirsə, sonra da Uca Allahdan xoşbəxtlik diləyirsə, bu hansı dinə və hansı sağlam düşüncəyə uyğundur? Kim haram məclisləri qurur və ora getməyən müsəlmandan inciyirsə, ilk növbədə həmin müsəlmanın ondan inciməyə daha çox haqqı vardır. Biz ona belə deyirik: "Ey ailə quran insan, məgər sən bu nemətə müvəffəq olduğuna görə Uca Allaha şükür etməli deyilsənmi? Məgər sən Allahın səni xoşbəxt etməsinə möhtac deyilsənmi? Məgər Allah razı salınmağa daha çox layiq deyilmi?"
Allah Təala buyurur: "Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də haqdan döndərilirsiniz!" (Fatir, 3).

Teqlər: 
Paylaş: