Üzərimdə nəfs olduğunu hiss edirəm, bundan necə qurtula bilərəm?

    17.04.2020
Kimdən: 
....
Sual: 
Salam. Meni bele birsey narahat edir ve öyrenmey istiyirem ki bele birşeyin üstesinden nece gelmey olar. Yollarımin bağlandığını, üstümde nefs olduğunu düşünürem. Dusunmeyden elave bunu hiss elirem deqiqlikle cunki birce defe olsun sansim getirmir.Kim çıxırsa qarsima sanki nese olur ve hamisi yoxa cixir.Bunu nece def ede bilerem?
Cavab: 

Və aleykum Salam. İnsanın başına gələn müsibətlər, uğursuzluqlar Uca Allahın bir imtahanıdır. Bunlar insanın günahları ucbatından da başına gələ bilər. Uca Allah buyurur: "Başınıza gələn hər bir mü­sibət öz əllərinizlə qazan­dı­ğı­nız gü­nah­lar üzün­dəndir. Allah günahların çoxunu ba­ğış­layır". (əş-Şura, 30).  
Həmçinin buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver". (əl-Bəqərə, 155).
Bu səbəbdən Allaha üz tutaraq yardım istəmək lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!" (əl-Bəqərə, 153).
Təfsirçi alim İbn Kəsir bu ayəni izah edərkən belə demişdir: "Bu ayədə Uca Allah bildirir ki, qulun müsibətlərə tab gətirə bilməsi üçün ən yaxşı vasitə səbir etmək və namaz qılmaqla Allahdan yardım diləməkdir. Uca Allahın bundan əvvəlki ayədə buyurduğu kimi: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, o (namaz), Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir". (əl-Bəqərə, 45).
Səhih hədislərdə belə deyilir: "Peyğəmbərə (Allahın ona və ailəsimə salavatı və salamı olsun) bir çətinlik üz verəndə namaz qılardı". (İmam Əhməd, 1161; ən-Nəsai, "Sunənul-Kubra", 823). İslama görə insanın üzərində nəfsin qalması anlayışı yoxdur. Həmçinin oxuyun:
Mənim heç vaxt şansım gətimir və işlərim tərs gedir

Teqlər: 
Paylaş: