İnsanlar hansı dildə sorğu-sual olunacaq?

    21.04.2020
Kimdən: 
Samir
Sual: 
Salam cennetde hansı dilde sorğu sual olunacaq erebce bilmeyen cennete düşmeyecek?zehmet olmasa...
Cavab: 

Va aleykumus-sələm. Qiyamət günü sorğu-sual Cənnətə girməmişdən əvvəl baş verəcək. Bunun hansı dildə olması barədə isə Adiyy ibn Hatim adlı səhabə rəvayət edərək demişdir: “Mən Allah Elçisinin - sallallahu aleyhi və səlləm - yanında ikən iki nəfər şikayətə gəldi. Onlardan biri kasıblıqdan, digəri isə yol kəsən quldurlardan şikayət etdi. Allah Elçisi (onları dinlədikdən sonra) dedi: “Yol kəsən quldurlara gəlincə, az bir zaman keçdikdən sonra karvanlar yanlarında heç bir mühafizəçi apar­madan Məkkəyə yollanacaqlar. Kasıb­çılığa gəldikdə isə, bilin ki, biriniz əlindəki sədəqə ilə gəzib-dolaşıb bunu ondan qəbul edəcək bir adam tapa bilməyəcəyi vaxt gəlməyincə, Qiyamət qopmayacaq. Sonra siz Allahın hüzurunda duracaqsınız və sizinlə Onun arasında heç bir pərdə olmayacaq. Həmçinin, dediklərinizi tərcümə edəcək bir tərcüməçiniz də olmayacaq. Sonra Allah Öz qulun­dan soruşacaq: “Mən sənə mal-dövlət verməmiş­dimmi?” O: “Vermişdin”- deyəcək. Sonra soru­şacaq: “Mən sənə peyğəm­bər göndərməmişdimmi?” O: “Göndərmiş­din”- deyəcək. Bundan son­ra o, əvvəlcə sağına, sonra da soluna baxacaq, lakin oddan başqa bir şey görməyəcək. Elə isə heç olmasa, yarım xurma (sədəqə) ilə özünüzü Oddan qoruyun. Bunu tapmasanız, onda gözəl söz da­nış­maqla (özünüzü Oddan qoruyun)”. (Səhih əl-Buxari, 1324, 1347, 1413).

Bu səhih hədisdən aydın olur ki, Uca Allah hər bir kəsin başa düşəcəyi dildə, tərcüməçiyə ehtiyac olmadan danışacaq. 

Teqlər: 
Paylaş: