Sevdiyin şəxslə ailə qura bilməmək qismətdir?

    11.04.2014
Sual: 
Salam aleykum. İstediyin ve ya sevidyin qizi ala bilmirsense bu qismetdi, qederdi, yoxsa insanin ozunden asili olan bir şeydir?
Cavab: 

Aleykum salam. Əgər hər hansı bir iş üçün çalışırıq və o iş alınmırsa, bilmək lazımdır ki, bu, Allahın bizə təqdir etdiyi qədərdir və bunda bizim üçün xeyir vardır. Ona görə də Uca Allahdan xeyirli ailə, övlad, mal-dövlət istəmək lazımdır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Güclü mömin zəif mömindən Allah üçün daha xeyirli və daha sevimlidir. Lakin hər ikisində xeyir vardır. Sənə fayda verəcək işlərə can at, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə demə ki, "əgər belə et­səydim, belə olardı". Əksinə, de: "Bu, Alahın qədəridir, O istədiyini etdi". Çünki "əgər" kəlməsi şeytan əməlinə yol açır". (Muslim, 2052). Həmçinin oxuyun:
Qədərə iman
Qismət deyilən bir məfhum həqiqətən varmı?

 

Teqlər: 
Paylaş: