Ölü üçün yas tutmaq olarmı?

    15.04.2020
Kimdən: 
Umid
Sual: 
Salam.Bir sualim var.Dinimizde olmus insana yas tutmaq,3,7,40 qeyd etmek varmi?
Cavab: 

Va aleykum salam. Uca Allah bizə hər bir əməldə Peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özümüzə nümunə götürməyi əmr edərək buyurur: "Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir" (əl-Əhzab, 26).

Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyatda ikən yaxınlarından bir çoxu vəfat etmişdir. O, həyat yoldaşı Xədicəni, çox sevdiyi əmisi Həmzəni, qızları Zeynəbi, Ummu Gülsümü və Ruqeyyəni, üç oğlunu və digər yaxınlarını itirmişdir. Lakin səhih hədislərin heç birində Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat edən ailə üzvüləri üçün matəm tutması bildirilmir. Əksinə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) üç gündən artıq yas saxlamağı qadağan etmişdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allaha və Axirət gününə iman gətirmiş qadına ölmüş bir kimsə üçün üç gündən artıq yas saxlamaq halal deyildir. Yal­nız əri üçün dörd ay on gün yas saxlaya bilər". (əl-Buxari, 1201, 4918, 5334; Muslim, 2730, 3798). Daha ətraflı məlumat almaq üçün bu cavabı oxuyun:

 Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır? 

Teqlər: 
Paylaş: