Pirləri ziyarət edib onlara dua etmək Allaha şərik qoşmaq hesab olunur?

    11.04.2014
Sual: 
Salam aleykum. Pirlere gedib ziyaret etmek ve ya onlara dua elemek Allaha sherik qoshmaq hesab olunur?
Cavab: 

Aleykum salam. Pirləri ziyarət edib Allahla yanaşı başqalarına yalvararaq yardım diləmək, pirə nəzir deyib vermək, pirin başına dolanmaq, pənah aparmaq, pirə qurban kəsmək ibadətdə Allaha şərik qoşmaq sayılır. Allah Təala buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (Ğafir, 60).
"(Ya Rəsulum!) Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər". (əl-Bəqərə, 186).

"Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız". (əl-Qasas, 88). Həmçinin oxuyun: Pirləri ziyarət etmək doğrudurmu?

Teqlər: 
Paylaş: