Hicablı qadın kimlərin yanında hicabsız gəzə bilər?
Sual:
Salam men hicaba kecmek istəyirəm mene herem kimlerdi? Men gardasimin yaninda atamin yanında hicabli olmaliyam? Hansi kisinin yaninda sac acik ola bilerem?
Cavab:
Aleykum salam. Uca Allah qadına qohumlarından məhrəm olan kişiləri ən-Nur surəsinin 31-ci ayəsində açıqlayaraq buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız". (ən-Nur, 31).
Ayədə qeyd olunan kişilər - ər, qayınata, oğul, qardaş, qardaşoğlu, bacıoğlu, kiçik uşaqlar, habelə digər ayələrdə qeyd olunan dayı, əmi, baba, süd qardaşı yanında qadın başını aça bilər. Həmçinin oxuyun:
Ayədə qeyd olunan kişilər - ər, qayınata, oğul, qardaş, qardaşoğlu, bacıoğlu, kiçik uşaqlar, habelə digər ayələrdə qeyd olunan dayı, əmi, baba, süd qardaşı yanında qadın başını aça bilər. Həmçinin oxuyun: