Gecə çılpaq yatmaq olarmı?

    20.04.2020
Sual: 
Salam gecəni çılpaq yatmaq günahdırmı?
Cavab: 

Aleykum salam. Gecə çılpaq yatmağı qadağan edən hər hansı bir dəlil yoxdur. Lakin, müsəlman hər bir halda ayıb yerlərinin açılmasına səbəb olan hallardan özünü qorumalıdır. Səhabələrdən biri təklikdə çılpaq olmaq barədə soruşduqda, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə cavab vermişdir: "Allah, insanlardan daha çox həya edilməyə layiqdir". (Əbu Davud, 4017. ət-Tirmizi, 2769).
Buna görə yaxşı olar ki, müsəlman çılpaq yatmaqdan çəkinsin. Çünki bilmədən üstü açıq olduğunuz halda otağa başqa bir kimsə girə bilər və ya gecə qəfil hadisə baş verər və çölə çıxmaq tələb olunar. Bütün bunları nəzərə alaraq müsəlman gərək işini etibarlı tutsun və çılpaq yatmasın. 

Paylaş: