Hicab bağlamaqdan imtina edən qızla evlənməyim düzgündürmü?

    12.05.2020
Sual: 
SALAM OLSUN size men bir qızla evlenmek meqsediile tanış olmuşam ve o namaz qılan bir qızdı ANCAQ hicaba riayet elemir ve men deyirem ki sen toydan. Sonra hicab taxmağıni isteyirem o ise razı deyil ve mene deyir ki meni mecbur etmeyecen ki? Mende dedim yox bu qızla evlenmeyim düzgündür ya yox?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) evlənərkən qadının dinini əsas götürməyi buyurmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (Səhih əl-Buxari, 5090). Qadının İslam qaydalarına uyğun geyinməkdən imtina etməsi onun dinin naqisliyindən xəbər verir. Əgər siz əvvəlcədən qadınla hicab mövzusunda razılaşmasanız, sonradan bu böyük problemlərə gətirib çıxaracaq, hətta boşanmaya da səbəb ola bilər. Həmçinin, ailədə qadının hicab bağlamamasına görə ilk növbədə ər cavabdehdir. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (Səhih əl-Buxari, 2554; Səhih Muslim, 1829). Bu səbəbdən sizə evləndiyiniz qadının dindar olmasına diqqət etməyinizi tövsiyə edirik. Həmçinin oxuyun:
Evlənmək barədə
Hicab - azadlıqdır!

Teqlər: 
Paylaş: