Şiə yolu düzgündürmü?
Sual:
Salamun Aleykum şiye yolu duzgundurmu
Cavab:
Və aleykum Salam. Çox təssüflər olsun ki, günümüzdə müsəlmanlar bir çox firqələrə bölünmüşlər və bu firqələrin hamısı Qurana və Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tabe olduqlarını deyirlər. Sözsüz ki, bu firqələrin hamısı doğru yolda deyil, bu firqələrdən yalnız biri doğru yoldadır. Doğru yolda olan firqəni seçmək üçün onların əqidələrini və etdikləri əməlləri Quran və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədisləri ilə müqayisə etmək lazımdır. Hansı firqənin əqidəsi və əməlləri Qurana və Peyğəmbərin (salləllahu aleyhi və sələm) hədislərinə uyğundursa, demək ki bu firqə doğru yoldadır. Daha ətraflı: Sünni doğrudur, yoxsa şiə?