Cinlərin həyatı haqqında

    15.04.2014
Kimdən: 
Abdullah
Sual: 
Salam aleykum. Cinlər harada yaşayırlar və onların yeyib-içməkləri, yatmaqları və törəyib artmları olurmu? Ümumiyyətlə onların həyat tərzi haqqında...?
Cavab: 

Aleykum salam. Cinlər tüstüsüz oddan yaradılmışlar. Cinlər də insanlar kimi yer kürəsində yaşayırlar. İnsanların heyvanlarının təzəkləri cinlərin heyvanlarının qidasıdır. Cinlərin də insanlar kimi ailələri, cəmiyyətləri vardır. Onlar da insanlar kimi törəyib çoxalırlar. Onların da kafiri və mömini olur. Uca Allah onlar haqqında əl Cinn surəsində belə buyurur: "De: "Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: "Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik! O, doğru yola yönəldir. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq. Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır. Bizim səfehimiz İblis Allaha qarşı hədsiz yalanlar danışır. Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allaha iftira atmazlar. Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı. Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcəkdir". (əl-Cinn, 1-7).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, mələklər buludların içində yerə doğru enir və göydə verilmiş qərar bərəsində söhbət açırlar. Bu vaxt şeytanlar mə­lək­lərə oğrun-oğrun qulaq asırlar, sonra da eşitdikləri adda-budda söz­lə­ri, üs­təlik özlərindən uydurduqları yüz yalanı da bu doğru xəbərlə yanaşı kahin­lərə təlqin edirlər". (Səhih əl-Buxari, 3210).
Rəvayət edilir ki, bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Dünən cinlər­dən çox qüvvətli birisi namazımı yarımçıq kəsmək üçün yanıma gəldi. Lakin Allah mənə onu tut­mağa yardım etdi. Əvvəlcə mən istədim onu məscidin dirəklə­rin­dən birinə bağ­layım ki, səhər açıldıqda hamınız ona baxa biləsiniz, ancaq qar­daşım Suley­manın dediyini xatırladım. O demişdir: "Ey Rəbbim! Məni ba­ğış­la və mənə elə bir səltənət ver ki, mən­dən sonra heç kimə nəsib olmasın". (Sad, 35)". (Səhih əl-Buxari, 461).

 
Paylaş: