Qadının ərinə "məni boşa!" deməsi xulu sayılırmı?

    29.07.2021
Kimdən: 
Eeee
Sual: 
Assalamu aleykum..mən qadınam..olub arada yoldaşımla dalaşanda esebleşib demişem ki, "isteyirsen meni boşa ve ya gel boşanaq".Amma qetiyyen boşanmaq niyyetiyle yox esebden demişem.. ve bir-iki saat sonrada barışmışıq.Bu hal bir 6-7 defe tekrarlanib..amma yoldaşım birce defe de olsun boşanmaq sözü etmeyib..indi menim yoldaşıma o cür demeyim xulu sayılır????.biz boşanmış sayılırıq??? Bu xuludu???
Cavab: 

Aleykum salam. Qadının ərinə "boşanaq" və ya buna bənzər sözlər deməsi ilə nikah pozulmur və bu xulu da sayılmır. Xulu, qadının malından bir şey verməklə ərindən boşanma tələb etməsidir. Daha ətraflı oxuyun: Qadın boşana bilərmi? Kəbin necə pozulur?

Həmçinin, bilmək lazımdır ki, qadının səbəbsiz yerə boşanma tələb etməsi böyük günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə, Cənnətin iyi ona haram olar". (İbn Macəh, 1672; Əbu Davud, 2209). Başqa bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ərindən ciddi səbəb olmadan talaq (boşanma) tələb edən qadınlar, məhz onlar (əməllərində) münafiqlərdir". (İmam Əhməd, 9347).

Teqlər: 
Paylaş: