Ailə qurmaq istəyərkən nəyə diqqət etmək lazımdır?
Və aleykum Salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) evlənərkən dini əsas götürməyi buyurmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (Səhih əl-Buxari, 5090). Bu əmr həmçinin qadınlara da aiddir. Ailə qurarkən dini əsas götürmək lazımdır. Lakin, bir insanın Quranı əzbər bilməsi, zahirən sünnəyə əməl etməsi ilə bərabər onun əqidəsinin düzgün olmasına da önəm vermək lazımdır. Xəvaric (öz əqidəsində olmayan hər kəsi kafir görən), bidətçi (dində yeniliklər edən), Allaha şərik qoşan, Allahdan başqasını çağıran, səhabələri, peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) həyat yoldaşlarını söyən və s. insanlarla ailə qurmaqdan çəkinmək lazımdır. Məhz buna görə də İslam alimləri qeyd etmişlər ki, ibadətlərində zəif olub, lakin əqidəsi düzgün olan insan, abid olub xəvaric və ya hər hansı başqa bir batil əqidədə olan insandan daha xeyirlidir. Hər bir halda bilməlisiniz ki, evlənmək çox ciddi məsələdir və bu məsələdə tələsmək düzgün deyil. Qadın evləndikdə öz vəlisinə (atasına, qardaşına, əmisinə və s.) müraciət etməlidir. Qoy sizin vəliniz ailə qurmaq istədiyiniz oğlanla, onun ailəsi ilə, ətrafı ilə yaxşı maraqlansın. Sonda Uca Allahdan sizə xeyirli ailə və əməlisaleh övladlar diləyirik. Həmçinin oxuyun: Xəvaric əqidəli adamın qızı ilə evlənmək olarmı?