İntihar edən şəxs mütləq Cəhənnəmə düşəcəkmi?

    03.08.2020
Kimdən: 
Elif
Sual: 
Selamun aleykum,,sualım odurki,,intihar eden insan mütleq cehennemlikdirm4z
Cavab: 

Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Kim özünü dağdan atıb canına qəsd edərsə, Cəhənnəm odunda özünü daima yuxarıdan aşağı atar və orada əbədi olaraq qalar. Kim zəhər içib özünü öldürərsə, Cəhənnəm odunda o zəhəri əlində tutub həmişə zəhər içər və orada əbədi olaraq qalar. Kim dəmir parçası ilə öz canına qəsd edərsə, Cəhənnəm odunda bu dəmir par­çasını daim qarnına soxar və orada əbədi olaraq qalar". (Səhih əl-Buxari, 5778). Bu hədis məna etibarilə Uca Allahın bu ayəsinə bənzəyir: "Kim bir mö­mi­ni qəsdən öldü­rərsə, onun cəzası içə­ri­sin­də əbədi qala­cağı Cəhən­nəm olar". (ən-Nisa, 93). İbn Kəsir (rahiməhullahu) bu ayənin təfsirində demişdir: "Əbu Hureyra (Allah ondan razı olsun) və bir çox alimlərin dediyinə görə ayənin mənası: "Əgər Allah qatili cəzalandırmış olsaydı, cəzası bu olardı"- deməkdir. Ayədəki "əbədi" sözü, çox uzun müddət qalmaq mənasında­dır, çünki Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) varid olan bir çox hədislərdə bildirilir ki, qəlbində zərrə qədər imanı olan kəslər mütləq Cəhənnəmdən çıxacaqlar". İnsanın kibrit çöpünün alovuna bir neçə saniyə dözə bilmədiyini nəzərə alsaq, çox uzun müddət Cəhənnəmdə qalmağın necə böyük əzab olduğunu təsəvvür etmək olar.  Bu barədə ətraflı oxuyun: İntihar etməyin günahı

Paylaş: