Evdə pişik saxlamaq olarmı?
Sual:
Salam aleykum. Menim 14 yashim var. Atamda mende namaz qiliriq. Men pishik almaq isteyirem. Amma bilmirem ne derecede duzgundur? Chox adam deyir ki, duzgundur. Bezileri ise deyir ki, duzgun deyil. Men bilirem it saxlamaq olmaz. Amma pishiyi bilmirem. Xahiş edirem ki, etrafli cavab veresiz. Allah razi olsun!
Cavab:
Aleykum salam. Əgər onun haqqını verə bilsəniz, əlbəttə saxlamaq olar. Yəni ona yemək vermək və əziyyət verməmək şərti ilə saxlamaq olar. Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) bu haqda belə demişdir: "O (pişik), murdar deyil. Ancaq o, sizin yan-yörənizdə çox gəzib dolaşan bir heyvandır". (Əbu Davud, 75).
Hədisdən məlum olur ki, pişik pak bir heyvandır. Buna görə də onu evdə saxlamaq qadağan deyildir. Hətta Abdurrahmən adlı bir səhabə (Allah ondan razı olsun) pişikləri çox sevdiyi üçün peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ona Əbu Hureyrə (pişiklərin atası) kunyəsini (ləqəbini, təxəllüsünü) vermişdir.