Fələk sözünün mənası nədir?
Aleykum salam. Fələk - göy, asiman, dövr edən orbit mənalarını ifadə edir. Allah Təala Ya sin surəsində səma cisimlərindən danışarkən belə buyurur:
"Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir". (Ya Sin, 39-40).
Bu ayədə ərəb dilində fələk sözü istifadə edilmişdir. "Sən saydığını say görək, gör fələk nələr sayır" ifadəsinə gəlincə, burada fələk dedikdə, xalqımız tale, qismət mənasını nəzərdə tutur. Əgər bu ifadəni söyləməkdə Allahın qədəri, qisməti nəzərdə tutulursa, bu ifadəni söyləməkdə heç bir problem yoxdur. Beləliklə bu ifadə "sən özün üçün nə təqdir etsən də, onsuzda Allahın istədiyi kimi, Onun əzəldən təqdir etdiyi kimi olacaq" mənasını verir.