Qadının istəyi olmadan ona ehtirasla toxunan kişiyə görə qadın günah qazanırmı?

    10.09.2020
Sual: 
Salam men bilmek isteyirem ki,eger marşrutta siz istemeden kişinin orqanı qadına deyirse yeni kişi bunu qesdle edir,qız ise o terefe gedir ancaq kisi yene gelir 2-3 saniyeıik olur sonda qurtulur.Qız indi neylesin?onun namusu lekenir?eger lekelenibse neylesin özünü öldürsün?özünü öldürse günah sayılar ya yox?xahiş edirem cavablandırasız
Cavab: 

Aleykum salam. Qadının ikrah hissi keçirərək özünü haramdan qorumasına baxmayaraq bir kişinin qadına ehtirasla toxunmasında qadına heç bir günah yoxdur. Belə halda kişi qadına toxunmuş olsa belə bu, qadının namusunun ləkələnməsi demək deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Əməllər niyəyətlərə bağlıdır. Hər kəsə də yal­nız niyyət etdiyi şey qalacaq­dır". (Səhih əl-Buxari, 54). Əgər qadının belə bir haram niyyəti olmamışsa, ona toxunan kişiyə görə ona günah yazılmır. Həmçinin, özünü öldürmək böyük günahdır və müsəlmanın heç bir halda özünü öldürməsi icazəli deyil. Daha ətraflı: İntihar haqqında

Teqlər: 
Paylaş: