Haqsız ittihamlara məruz qalmış şəxsin başqasına şikayəti qeybət sayılırmı?
Və aleykum Salam. Ümumiyyətlə qeybət - bir kəsin başqası barədə onun xoşlamadığı bir şeyi danışmaqdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabələrinə demişdir: "Qeybətin nə olduğunu bilirsinizmi?" Onlar dedilər: "Allah və Rəsulu daha yaxşı bilir". O dedi: "Qardaşının xoşlamayacağı bir şeyi onun haqqında danışmaq". Dedilər: "Bəs dediyim şey qardaşımda varsa necə?" O dedi: "Əgər dediyin şey onda varsa onun qeybətini etmiş olursan, yox, əgər yoxdursa, ona böhtan atmış olursan". (Səhih Muslim, 2589). Lakin, bəzi hallarda başqası barədə xoşagəlməz şeylər danışmaq qeybət sayılmır. Daha ətraflı:
Qeybət etmək haqqında
Halal qeybət olurmu?
Əgər haqsız ittihamlara məruz qalmış şəxsin şikayət etdiyi insandan məsləhət və ya ona yardım etməsini istəyirsə, bu halda qeybət sayılmır. Əgər şikayət etdiyi insan ona yardım edə bilməyəcəksə, bu hada ona şikayət etməsi qeybət sayılır.