Allahın kölgəsi altında olacaq kimsələr

    10.04.2014

      Uca Allah buyurur: “Məgər onlar öləndən sonra diriləcəklərini düşünmürlərmi?! Özü də dəhşətli bir gündə. O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar!" (əl-Mutaffifin surəsi, 4-6).
Peyğəmbər  – ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: “...Qiyamət günü günəş insanlara o qə­dər yaxınlaşacaq ki, axırda insanlardan axan tər qulaqlarının ortasına çata­caq. Onlar belə bir çətin vəziyyətə düşdükdə əvvəlcə Adəmdən, sonra Mu­sadan, sonra da Muhəm­məddən kömək diləyəcəklər.” (əl-Buxari, 1474-1475).
Həmçinin demişdir: “Qiyamət günü in­san­lar o qədər tərləyəcəklər ki, onların təri yerin yetmiş ərəş dərinliyinə ke­çəcək, (üstəlik bəzilərinin) ağzına dirənəcək, hətta qulaqlarına çatacaqdır.”
(əl-Buxari, 6532). Ərəş dirsəkdən barmaqların ucuna qədər uzunluqda olan qədim ölçü vahididir.  
Qiyamət günü insanlar dəhşət içərisində olduğu halda bəzi insanlar Allahın yaratdığı kölgə altında kölgələnəcəklər. Peyğəmbər demişdir: “Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsi altında kölgələndirəcəkdir: Bunlar ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Onun yolunda birləşib, Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: “mən Allahdan qorxuram!”– deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və təklikdə olduqda Allahı yad edərək gözləri yaşla dolan kimsə” . (Səhih əl-Buxari, 660).
Allah Elçisi demişdir: “Allah Qiyamət günü buyuracaq: “Ucalığıma görə bir-birlərini se­vən­lər hanı? Bu gün - Mənim kölgəmdən başqa heç bir kölgənin olmadığı gündə - Mən onları Öz kölgəmdə kölgələn­di­rə­cə­yəm”. (Muslim, 2566).
Həmçinin demişdir: “Kim Allahın onu öz kölgəsində kölgələndirəcəyini istəyirsə, borcu qaytarmaqda çətinlik çəkənə möh­lət versin və ya onun borcundan silsin”. (İbn Məcə, 2419).

 
Paylaş: