Evlənmək elm öyrənməyə mane olacaqsa, nə etmək lazımdır?

    07.10.2020
Kimdən: 
Tələbə
Sual: 
Salam. Bele bir veziyyetle qarsilasmisam zehmet olmasa meslehet verin. Men telebeyem Islam telebesiyem. Evlenmeye ehtiyacim var. Yeni oruc tutmaq ve s. Bir hedde kimi imis orucla olmur ders oxuya bilmirem idman ede bilmirem ve s. Amma evlensem de derslerim qalacaq inkisafdan qalacam. Bir yolu sebirdir amma Allah sahiddir ki sebir edesi veziyyetde (evlenmeyib sebr etmek)deyilem cox ziyanini gormusem ve imanim get gede azalir. Cox xahis edirem meslehet verin. Her an pisliye cagiran seytandan Allaha siginiram. Vesselamu eleykum.
Cavab: 
Və aleykum Salam. Əvvəla onu deyək ki, iman itaətlə artır və asiliklə azalır. Yəni yaxşı əməllər imanın artmasına səbəbdir. Günahlar isə imanın azalmasına səbəb olur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Paltar köhnəldiyi kimi, iman da köhnələr. Paltarınızı təzələdiyiniz kimi imanınızı da təzələyin". (əl-Hakim, 5).
İmanı artırmaq üçün yaxşı əməllərinizi artırın. Nafilə namazlar qılmaq, Allahı çoxlu zikr etmək, Quran oxumaq, sədəqə vermək, faydalı elm öyrənmək kimi xeyirxah işləri çoxaldın və günahlardan çəkinin.  
Evlənmə məsələsinə gəlincə, niyyət Allah rizası üçün olarsa, şəriət elmi almaq ən fəzilətli əməldir. Alimlər qeyd etmişlər ki, elm almaq hətta Allah yolunda cihad etməkdən də fəzilətlidir, çünki elm olmasa cihad etmək olmaz. Ən fəzilətli əməl olduğu üçün bu yolda səbir etmək tələb olunur. Əgər səbir edib elm tələb etməkdə davam etsəniz sözsüz ki, bu sizin üçün daha xeyirli olar. Necə ki Ömər ibn əl-Xattab demişdir: "Sizi elmdən yayındıran səbəblər (evlilik, vəzifə, iş, qocalıq) gəlməmişdən əvvəl elm alın". Əgər hər ikisini cəm etməyi bacarsanız, yəni evli ola-ola elm almağı davam etdirə bilsəniz sözsüz ki, bu daha yaxşıdır. Bəzi hallarda evlənmək insanı elm almaqdan yayındırır. Belə ki, ailəni təmin etmək üçün işləmək məcburiyyətində qalır.  Amma evlənməsəniz harama düşmək (zina etmək və s.) təhlükəsi varsa, bu halda sözsüz ki, evlənmək lazımdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: