Avtobusa pul ödəmədən minmişəm, bu haqqı necə ödəyə bilərəm?

    27.08.2020
Sual: 
Əssələmu aleykum və rahmətullah. Bir gün axşam qrup yoldaşım ilə dərsdən evə qayıdırdıq. Minəcəyimiz avtobusda adam dolu idi və buna görə də sürücü kimin minərkən kartı oxutduğunu görə bilmirdi. Camaatın bir qismi vəziyyətdən istifadə edib pul vurmadan keçib otururdu. Mən isə kartı oxudub pulu ödəmək istəyəndə qrup yoldaşım məni çəkindirdi və onsuz da sürücünün görmədiyini dedi. Bir anlıq ona uydum, kartı oxutmadan keçib oturdum. Lakin bu hadisə məni çox narahat edir. Mən sürücünün haqqına girmişəm və üstümdə haram pul daşıyıram (miqdarı çox olmasa da haram haramdı). Mən indi həmin pulla nə etməliyəm? Necə edim ki, bu haram puldan qurtulum?
Cavab: 

Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu. Təbii ki, etdiyiniz əməl düzgün deyil. Allaha tövbə edin və çalışın bir daha belə səhvlərə yol verməyəsiniz. Etdiyiniz bu əməllə sürücünün deyil, avtobus şirkətinin haqqına girmisiniz. Çünki, bu avtobuslar sürücünün deyil, şirkətə aiddir. Kartla işləyən avtobuslarda yığılan pulun məbləğindən asılı olmayaraq sürücülərə maaş verilir. Bu səbəbdən gələn dəfə eyni şirkətin avtobusuna mindikdə kartınızdan əvvəl ödəmədiyiniz yol pulunu ödəyin. Bununla da siz şirkətin haqqını ödəmiş olarsınız. Həmçinin oxuyun: Qul haqqı barədə

Paylaş: