Ən böyük günah nədir?

    20.12.2013
Sual: 
Salam aleykum. En boyuk gunah nedir?
Cavab: 

Və aleykum. Ən böyük günah Uca Allaha şərik qoşmaqdır. Allah Təalanın səni yaratmasına baxmayaraq, ibadətin hər hansı bir övündə ona başqasını - insanı, qəbiri, daşı, günəşi, ayı, sehrbazı və s. şərik qoşmaqdır. Uca Allaha dua etmək əvəzinə hansısa insana dua etmək buna misal ola bilər: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur". (ən-Nisa, 48).
 "... Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!" (əl-Maidə, 72).
Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Sahibini) həlak edən yeddi günahdan çəkinin...", və onların şirk, sehr etmək, cana qəsdetmək (onu öldürmək), yetimin malını haqsız olaraq yemək, Riba (faiz) yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək – olduğunu bildirmişdir". (əl-Buxari və Muslim).

Paylaş: